Bakifilm MMC

Fatimə

Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə,

Milli Qəhrəman Çingiz Mustafayev adına Fondu,

“ANS Müstəqil Yayım və Media” Şirkətinin Sifarişi ilə,

“Bakı Film” Kinostudiyasının istehsalı 2013.

 

Yaradıcı Qrup:

Layihənin rəhbərləri:  Vahid Mustafayev, Vaqif Əsədullayev, Mir Şahin Ağayev

Ssenari müəllifləri:  Səbinə Hüseynli, Kamran Qasımov

Rejissorlar:   Yeganə Əbdülməmmədova, Elşad Rəhimov, Cahanbəxş İmani,

Redaktor: Aytən İsgəndərova

Rollarda: Nəzakət Məmmədli (Fatimə), Qorqud Cəfərli (Anar), Cəmilə Tağıyeva (Ayka), Müdhəd Aydın (Dəmir Gözəlov), Əjdər Zeynalov (Nadir Musayev), Nəcibə Hüseynova (Bikə xala), Şahanə Yusifova (Gülya) və b.

 

Kimlər cəmiyyət üçün daha maraqlıdır? Zahirən çirkin, qəlbən isə təmiz və bilikli xanımlar, yoxsa gözəlliyi hamını valeh etməsinə baxmayaraq, daxilən kasıb və kütbeyin olan qızlar???

Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti  Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. Lakin, Anar Fatimədən savayı məcburən ikinci xanımı – Gülyanı da katibə kimi yanında işə götürməli olur…

Kütbeyin Gülya Anarın nişanlısı Aykanın yaxın rəfiqəsidir. Evlilik ərəfəsində olan Anar isə, köhnə əməllərindən qalmır. Şirkətin jurnalı üçün qondarma fotosesiyalar keçirərək, xanımlarla məhz bu üsulla ünsiyyət qurur.  Fatimə Anarın əyləncə dolu həyatını ailəsi və xüsusilə nişanlısı Aykadan gizlətmək üçün, müxtəlif üsullara, bəhanələrə əl atır…  Fatimənin ağlı və bacarığı Anarı ən çətin vəziyyətlərdən çıxarmaq gücünə malikdir… Amma, Fatimə bunu təkcə sədaqətli işçi adını qazanmaq naminə etmir, onun öz arzuları və məqsədləri var…

Uzun illər Musayevlər ailəsi ilə şərik qismində çıxış edən Valehsə, tələ qurur.  Anarın əyləncə dolu həyatı bundan sonra mürəkkəbləşir. Məhz bu anda Anar yalnız bir insanın köməyinə üz tuta bilər…

IMG_4180 IMG_2686 IMG_2454 IMG_2399 IMG_2195 IMG_2777 IMG_2797 IMG_2843 IMG_2871 IMG_2890 IMG_3653 IMG_4069 IMG_4102 IMG_4136 IMG_4131  IMG_4108

Kommentlər

Comments are closed.