Bakifilm MMC

Paytaxt Salatı

Yaradıcı Qrup:

Layihənin rəhbərləri:  Vahid Mustafa Yev, Vaqif Əsədullayev, Mir Şahin Ağayev

Ssenari müəllifləri:  Fərda Xudaverdiyev, Əlibəy Məmmədli

Rejissor:   Yeganə Əbdülməmmədova

Musiqi:  Yaşar Baxış

Redaktor: Kamran Qasımov

Rollarda: Fərda Xudaverdiyev (Bəşir), Ruhiyyə Yəhyayeva (Hökumə), Tural Əhməd (Hikmət), Xumar Səlimova (Kəmalə), Elvin İsmayıllı (Əzizağa), Mina Sovetski (Gülxanım), Əlibəy Məmmədli (Firudin), Elşən Bayraməliyev ( Müslüm) və b.

 

Müxtəlif dünya görüşlərinə, müxtəlif dəyərlərə malik iki ailə təsadüfən eyni binada qonşu olurlar. Bəşir və Hökümə əyalət təfəkküründən hələ də çıxmayan, şəhər mədəniyyətinə uyğunlaşa bilməyən bir cütlükdü. Bəşirin guya “biznes” adlandırdığı xudmani ofisi var. Bu ofisdə çalışanların məqsədi, Bəşirin özündən başqa heç kimə bəlli deyil. Bəşirin qaynı Firudin isə, ofisdə çalışmaqla bərabər günün demək olar ki, yarıdan çoxunu kafedə, barda keçirir, qısa ətək xanımlarla tanış olmaq istəyir. Firudinin bu istəyi həmişə onun ürəyində qalır, o hər dəfə gülməli və bəzən də “faciəvi” vəziyyətlərə düşür. Bəşir və Hökümənin iki övladı var: Əzizağa və Gülxanım. Onlar da öz davranışlarına görə valideynlərindən geri qalmırlar.

Qonşuluqda digər ailə Hikmət və Kəmalə cütlüyü isə son dərəcə mədəni, şəhər abu-havasına uyğun davranış tərzinə malik insanlardır. Peşələri həkimlikdir. Hikmət Bəşiri gülərüz qəbul etsə də, Hökümənin səbəbsiz şəkildə tez-tez onlara baş çəkməsi, Kəmalənin səbrini son həddə çatdırır. Lakin, Hikmət həyat yoldaşını sakitləşdirərək, qonşulara hörmətlə yanaşmağı, anlayış göstərməyi məsləhət görür. Beləcə hadisələr bu iki ailənin bir-birinə olan münasibətləri üzərində cərəyan edir.

Əslində “Paytaxt salatı”nın əsas ziddiyyəti şəhər və əyalət təfəkkürü üzərində formalaşır. Bəşir və Hökümədən bezən Kəmalə Hikmətin qarşısında şərt qoyur ki, evi dəyişib, bu məhəllədən ayrılsınlar. Hikmət isə hələ ki, bu fikirlə razı deyil.

1 2 3 4 5 6 7 8

Kommentlər

Comments are closed.