Bakifilm MMC

Bulağıstan

Bədii film, 40 dəq., 2008-ci il.

Ssenari müəllifi: Vahid Naxış

Rejissor: Məsud Abpərvər

Baş prodüser: Vahid Mustafayev

 

Rollarda: Vidadi Əliyev, Sədayə Musayeva, İlqar Musayev

İlk nümayiş tarixi: may, 2009-cu il.

 

Film, bu günümüz üçün çox vacib hesab olunan iman və inam mövzusuna həsr edilib. Müəllif göstərmək istəyir ki, Qəlbində imanı və inamı olan hər kəs düşdüyü mühitdən və şəraitdən asılı olmayaraq, özünə, vətəninə, əqidəsinə, ən başlıcası doğma ocağına sadiq qala bilər və qalmalıdır. Susuzluq ucbatında sakinlər yavaş-yavaş kəndi tərk edir. Yalnız bir ailə Naxış xala və Rəhim kişi, min bir əziyyətə qatlanıb yeganə övladları Qarabağ savaşında həlak olan Allahverdinin məzarının keşiyini çəkir, uzaq-uzaq, çətin yollar qət edərək qəbri susuz qoymurlar.

Kommentlər

Comments are closed.