Bakifilm MMC

Xoca

Bədii film, 108 dəq. 35 mm., rəngli,

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond,

“ANS Müstəqil Yayım və Media” Şirkəti,

“Baki Film” Kinostudiyası, 2012-ci il

 

Televiziya Serialı (5 seriya)

Ssenari müəllifi: Vahid Naxış

Quruluşçu rejissor: Vahid Mustafayev

Baş prodüser: Mir Şahin

Prodüser: Eyyub Danişvər

Bəstəkar:  Yaşar Baxış

Səs rejissoru: Məsud Behnam

Operator: Afşin Əlizadə

Montaj rejissoru: Elşad Rəhimov

 

İlk nümayiş tarixi: 26 fevral, 2012-ci il.

 

Rollarda İlqar Musayev (Əliəkbər), Nigar Bahadır qızı (Günel), Telman Əliyev (Ayaz), Azər Aydəmir (Yura), Mina Sovetski (Mehriban), Nəcibə Hüseynova (Fatimə xala)

 

İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nikah növbəsinə dayanırlar. Nikah və toy mərasimin 1992-ci il fevralın 25-də keçirmək qərara alınandan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağa – Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən tam mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya Xocalıya qayıdıb dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir.

 

Xoca Beynəlxalq Aləmdə:

 

1. 43-cü Antalya “Qızıl Portağal” BKF, Xüsusi nümayiş, (oktyabr, 2012, Türkiyə);

2. 35-ci Qahirə BKF, İnsan hüquqları yarışmasının nominantı və Film Marketdə təqdimat (noyabr-dekabr, 2012, Misir)

3. 31 Fəcr BKF, xususi nümayiş və Film Marketdə təqdimat (yanvar, 2013-cü il, İran)

4. Türkiyə Yayım Şəbəkəsində Nümayiş hüququ (2013-cü ilin fevralından etibarən)

5. Bişkek şəhərində Xüsusi Nümayişlər (Manas Universiteti və Qırğızıstan Kinematoqrafçılar İttifaqı, fevral, 2013-cü il, Qırğızıstan)

6. Niderland Krallığında Xüsusi nümayişlər (Rotterdam və Haaqa şəhərləri, fevral, 2013-cü il)

7. London şəhərində xüsusi nümayiş (may, 2013-cü il, Böyük Britaniya)

8. Afina BKF-nin  Film Marketində iştirak (noyabr, 2013-cü il, Yunanıstan)

 

 

 

IMG_1960 IMG_2267 IMG_2283 IMG_2430 IMG_1844 IMG_1819 IMG_1697 IMG_1281.JPG_4 IMG_0827 copy IMG_1103 IMG_1116 IMG_1188IMG_3548 copyIMG_3504 copyIMG_3785IMG_2612

Kommentlər

Comments are closed.