Bakifilm MMC

Ağabəyovlar

“Bakı Film”, 2012, HD, rəngli, 100 seriya, serial

Rej. Vahid Mustafayev, Ssenari müəllifləri Kamran Qasımov, Vahid Naxış, operator Saman Ahmadi, baş prodüser Mir Şahin Ağayev. Rollarda: Telman Əliyev (İldırım Ağabəyov), Azər Aydəmir (Kamran Ağabəyov), Mina Sovetski (Ləman), İlqar Musayev (Hikmət), Yasəmən Malik (Dilbər) və başqaları

 

Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. İldırımın həyat

yoldaşı Gövhər bir neçə ilə bundan əvvəl bədbəxt hadisə

nəticəsində dünyasını dəyişib. Birinci nigahından olan böyük oğlu Kamran vəkildir, qızı Gülarə bizneslə məşğul olur,

kiçik qızı Ləman bir vaxtlar şoubiznesdə özünü sınayıb, sonra atasının təkidi ilə müğənnilikdən uzaqlaşıb. Evin sonbeşiyi Pərviz isə universitetdə oxuyur. Dramın digər məşhur ailələrindən biri zadəgan əsilli Atakişiyevlərdir. Ailənin başçısı İlyas İldırımın köhnə qonşusu və düşmənidir. Lakin, buna baxmayaraq, İlyasın övladları Samir və Samirə İldırımın uşaqlarına qarşı kin bəsləmir, əksinə Pərvizlə Samirənin arasında hələ məktəb illərindən bir sevgi dolaşmaqdadır. İlyasın həyat yoldaşı Dilbər, əridən münaqişəsi zəmnində ayrılıb, tez-tez Avropaya səyahət edir. Dramın üçüncü ailəsi Əhmədovlardır. İldırımın tikintisində fəhlə kimi çalışan, halah zəhməti ilə ailəsini dolandıran Rüstəm Əhmədovun iki övladı var: Oğlu Murad İldırımın kiçik Ləmanla eşq macərası yaşayır, qızı Lalə isə təmkinli vəyerişini bilən gözəl bir xanımdır. 2007-ci ildə, yəni hadisələrin cərəyan etdiyi tarixdən beş il öncə, Ağabəyovların malikanəsindəki kabinetdə baş verən qətl hadisəsi hamını şoka salır. Ailənin başçısı İldırım Ağabəyovun oğlu Farik naməlum şəraitdə qətlə yetirilir. Bu qətldə təqsirli bilinən, qonşuluqda yaşayan Rüstəm Əhmədovun oğlu əv ən əsası İldırımın kiçik qızı Ləmanın sevgilisi Murad həbs olunur. Beş il ötür və Ölkə Başçısının imzaladığı əfv fərmanı ilə Murad azadlığa buraxılır, yaşadığı qəsəbəyə qayıdır. Yenicə nişanlanmış Ləmanın və ümumilikdə bütün Ağabəyovların həyatı bundan sonra dəyişir…  İldırım qızının taleyinə görə istənilən addımı atmağa hazırdır, lakin, onu narahat edən başqa bir səbəb də var. Ağabəyovların evində xidmətçi işləyən Nərmin qisas almağa hazırlaşır…

AGABEYOVLAR_6 AGABEYOVLAR_5 AGABEYOVLAR_4 AGABEYOVLAR_3 AGABEYOVLAR_1 AGABEYOVLAR_2

Kommentlər

Comments are closed.